USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Hyundai Motors” fəaliyyətini dayandırır? - AÇIQLAMA

05.02.2020 İqtisadiyyat
0 0
“Hyundai Azərbaycan” Cənubi Koreya avtomobil istehsalçısı “Hyundai Motors Company”-nin fəaliyyətinin dayandırması ilə bağlı məlumatı təkzib edib.

"Kommersant.az" xəbər verir ki, bu gün yayılan məlumata görə, Cənubi Koreya hökuməti Çində davam edən "Corona" virus böhranı səbəbiylə bir müddət Çindən idxalı dayandırıb. Cənubi Koreya avtomobil istehsalçısı "Hyundai Motors Company" Cənubi Koreyada yerləşən zavodların bir sıra xammal və ehtiyat hissələrini Çindən əldə etdiyi üçün avtomobil istehsalında gecikmələrin ola biləcəyini bildirib.

Buna baxmayaraq, zavodlar fəaliyyətini davam etdirir. "Hyundai Azərbaycan"dan verilən məlumata görə Cənubi Koreya ilə yanaşı, Çexiya və Rusiyada yerləşən zavodlardan avtomobil idxal edilir. Yeni avtomobillərin və ehtiyat hissələrinin idxalı ilə bağlı hazırda gecikmələr gözlənilmir. /APA

  • Əvvəlki

    Bloomberg: Vaşinqton ÜTT-nin dövlət satınalmaları razılaşmasından çıxmağı müzakirə edir

Digər xəbərlər