USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə qar uçqunu: Prezidentin müşaviri qar altında qaldı, 21 nəfər öldü

05.02.2020 İqtisadiyyat
0 0
Türkiyənin Van bölgəsində baş vermiş qar uçqununda ölənlərin sayı artıb.

"Kommersant.az" NTV telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 21-ə çatıb.

Türkiyədə qar uçqunu altında qalan daha 8 nəfər ölüb və ölənlərin sayı 13-ə çatıb.

Qaynarinfo xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Hadisə Van-Bağçasaray yolunun 33 kilometrliyində baş verib. Qar sərnişinlə dolu olan mikroavtobusun üzərinə uçub. Xilasetmə işləri zamanı ikinci qar uçqunu olub.

"İndiyə qədər 3-ü mühafizəçi, 3-ü mütəxəssis çavuş, biri gizir, biri də mülki vətəndaşımız olmaqla 8 nəfər uçqunun altında qalaraq ölüblər", - nazir deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Gülşən Orxan hadisə yerinə gedib. İkinci uçqun nəticəsində baş müşavir də qarın altında qalıb. O, yaralı vəziyyətdə xilas edilib və xəstəxanaya yerləşdirilib.

Daxili işlər naziri Süleyman Soylu deyib ki, uçqun altında 10-15 nəfərin qaldığı gümün olunur. Onların xilasedilməsi işləri davam etdirilir.

Hazırda Vanda hava küləksiz və qarsız olsa da, sabah qar yağacağı gözlənilir. 1 dərəcə civarında olan temperaturun mənfi 5 dərəcəyə düşəcəyi gözlənilir.

Qeyd edək ki, hadisə fevralın 4-də axşam saatlarında qeydə alınıb. Həmin gün qar altından 5 nəfərin meyiti çıxarılmışdı. 6 nəfər isə sağ qurtarılmışdı.

  • Əvvəlki

    Gömrük rüsumu haqda qərar avtomobil bazarına necə təsir edəcək?

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0