USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniya qapılarını açır: 6 milyona yaxın işçi axtarılır

05.02.2020 İqtisadiyyat
0 0
Almaniyada “İxtisaslı işçi qüvvəsi miqrasiyası” barədə qanun martın 1-də qüvvəyə minəcək. Bununla da Almaniya Avropa Birliyi ölkələrindən olmayan işçilər üçün də qapılarını açmış olacaq.

"Kommersant.az" xarici mediaya istinadən xəbər verir ki, yeni qanunda Almaniyaya köçüb burada işləmək istəyənlərə verilən 6 aylıq iş vizası və alman dili bacarıqları ilə bağlı şərtlər yumşaldılıb. Həmçinin, işçi qəbulu zamanı yaş və sektor məhdudiyyəti də qoyulmur. Bu qanunla təkcə ali təhsillilər deyil, orta təhsilli və təcrübəli şəxslər də iş üçün Almaniyaya üz tuta biləcəklər.

Köln Ticarət və Sənaye Palatasının sədr müavini Sandra von Möllerin sözlərinə görə, Almaniyada 10 il içərisində 5.5 milyon işçiyə ehtiyac yaranacaq.

Ölkədə aparılan sorğular göstərib ki, burada yerləşən şirkətlərin 60%-nin ən böyük qorxusu ixtisaslı işçilərin çatışmazlığıdır.

  • Əvvəlki

    Türkiyədə qar uçqunu: Prezidentin müşaviri qar altında qaldı, 21 nəfər öldü

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0