USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

MSK sədri seçki qutuları ilə bağlı yayılan xəbərlərdən danışdı

09.02.2020 İqtisadiyyat
0 0
MSK sədri Məzahir Pənahov seçki qutularından da danışıb.

"Kommersant.az" xəbər verir ki, jurnalistlərə açıqlamasında M. Pənahov bəzi seçki məntəqələrində qutuların şəffaf olmaması ilə bağlı yayılan görüntülərə də münasibət bildirib:

"Bu insanlarda niyə maraq doğurur ki? Siz qutuya düz istiqamətdən baxın, görəcəksiniz ki, hamısı eyni cür görünür. Siz birinə qaranlıq tərəfdən, birinə işıqlı tərəfdən baxırsız, ona görə də fərqli görünür".