USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Güclü külək Bakının 20 rayonunda fəsadlar törətdi - Xəsarət alan varmı?

10.02.2020 İqtisadiyyat
0 0
Artıq bir neçə gündür ki, Bakıda güclü külək müşahidə olunur. Hətta sosial şəbəkələrdə küləyin bəzi binaların dam örtüyünü uçurduğu anları əks etdirən videolar da paylaşılır.

Bəs küləkli hava şəraiti paytaxta nə qədər ziyan vurub?

Bu barədə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib ki, güclü külək paytaxtın 20-yə yaxın rayonunda fəsadlar törədib:

"Bakının bir neçə rayonunda altı ağacın kökündən qopması ilə bağlı məlumat daxil olub. Onlardan bəziləri bərpa edilib. Bərpadan sonra inkişafını davam etdirə bilməyəcək vəziyyətdə olan ağaclar isə kəsilərək ərazidən götürülüb.

Bundan başqa, küləyin təsirindən paytaxtın 20-yə yaxın ərazisində ağacların budaqları sınıb, əyilərək qəzalı vəziyyətə düşüb. Həmin ağacların qəzasını aradan qaldırmaq üçün müvafiq tədbirlər aparılır".

Onun sözlərinə görə, xoşbəxtlikdən xəsarət alanlar olmayıb:

"Bakı şəhər İcra Hakimiyyətinin xəbərdarlığına əsasən, küləyin sürəti azalana qədər əməkdaşlarımız gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək".

Birlik rəsmisi vurğulayıb ki, vətəndaşlar ağac aşmaları, yaşıllıqlarla bağlı hər hansı problemlə rastlaşanda (012) 570 73 30 / 440 15 34 şəhər nömrələri vasitəsilə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin qaynar xəttinə müraciət edərək, məlumat verə bilərlər.

  • Əvvəlki

    Milli Məclisin xanım deputatlarının siyahısı - Necəsi YAP-çıdır?

Digər xəbərlər