USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident bu icra başçısını işdən çıxaracaq - FOTO

11.02.2020 İqtisadiyyat
0 0
Daha bir icra başçısı vəzifədən gedir.

"Kommersant.az" Modern.az-a istinadla xəbər verir ki, bu, 9 fevral 2020-ci parlament seçkilərində adı qalib namizədlər sırasında olan Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovdur.

Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi məlumatında bildirilir ki, A.Məmmədov 71,7 faiz səs çoxluğu ilə bütün rəqiblərini geridə qoyub.
Yaxın günlərdə ölkə Prezidenti tərəfindən A.Məmmədovun Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilməsilə bağlı sərəncam imzalayacağı gözlənilir.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülən A.Məmmədov 7 yanvar 2020-ci ildən məzuniyyətdə idi.

Hazırda onun səlahiyyətlərini birinci müavin Eldəniz Mehtiyev icra edir.

  • Əvvəlki

    MSK sosial şəbəkələrdə yayılan görüntüləri araşdırır - 300-ə yaxın görüntü var

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0