USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlikdən koronavirusa görə təhsilin dayandırılması ilə bağlı - RƏSMİ AÇIQLAMA

02.03.2020 İqtisadiyyat
0 0
Təhsil Nazirliyi məktəblərdə təhsilin dayandırılması ilə bağlı məsələyə münasibət bildirib.

"Kommersant.az"-ın məlumatına görə, qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov jurnalistlərə açıqlamasında deyib ki, məsələ barədə hələlik heç bir qərar verilməyib:

"Mövcud vəziyyət müzakirə edilir və bu barədə hər hansı qərar qəbul edilərsə, ilk növbədə mətbuat məlumatlandırılacaq".

C.Valehov qeyd edib ki, koronavirus epidemiyası ilə bağlı məsələ ilk gündən diqqət mərkəzindədir:

"Artıq yüzlərlə məktəbdə dezinfeksiya işləri aparılıb və proses növbəti günlərdə də davam edəcək".

O qeyd ki, məktəblərdə fəaliyyət göstərən qərargaha toplanan müvafiq məlumat təhlil olunur və nəticələr barədə qərar qəbul edilir.

  • Əvvəlki

    Güclü külək bəzi əraziləri işıqsız qoydu - RƏSMİ

Digər xəbərlər

03.07.2025 İqtisadiyyat
AMB bu MMC-yə müddətsiz lisenziya verib
0 0
03.07.2025 İqtisadiyyat
Gömrük yığımları azalıb
0 0