USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DYP sürücülərə müraciət etdi

02.03.2020 İqtisadiyyat
0 0
Hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə və piyadalara müraciət edib.

"Kommersant.az" xəbər verir ki, müraciətdə deyilir:

"Respublikanın əksər bölgələrində hava şəraitinin yağmurlu keçməsi ilə əlaqədar sutkanın qaranlıq vaxtında hərəkət istiqamətində görmə şəraitinin məhdudlaşmasını nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi sürücülərə son dərəcə diqqətli və ehtiyatlı olmağı, zərurət olmadan ötmə əməliyyatı aparmamağı, qəfil manevrlər etməməyi, sürət həddini müəyyən edilmiş maksimum hədlərə görə deyil, yol və meteoroloji şəraitə uyğun seçmələrini, piyadalara isə asfalt örtüyünün yaş olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alıb yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmələrini, habelə yolun nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş hissəsi ilə piyada getməmələrini tövsiyə edir".

  • Əvvəlki

    Ərdoğandan Rusiya və İrana çağırış

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0