USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident Əməkdar artistə mənzil verdi - SƏRƏNCAM

06.03.2020 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev Əməkdar artist Lalə Məmmədovaya ev hədiyyə edib.

"Kommersant.az" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən mənzil üç otaqdan ibarətdir.

Lalə Məmmədova açıqlamasında məlumatı təsdiqləyib.

O deyib ki, ad gününə bundan gözəl hədiyyə ola bilməzdi:

"Ölkə başçısına təşəkkür edirəm. Heydər Əliyev Fondu da təmir işlərini öz üzərinə götürdü. Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya da minnətdaram. Sırf sənətlə məşğul olduğum üçün ev ala bilmirdim. Buna ehtiyacım var idi. İnşallah, balalarımla bu evdə yaşayacam".