"Xətai" metrostansiyası nə vaxt bağlanacaq?
07.06.2018
İqtisadiyyat
0
0
Bakı Metropoliteni "Xətai" stansiyasının təmirə bağlanacağı vaxtı açıqlayıb. Qurumun sədr müavini Hidayət Məmmədovun sözlərinə görə, stansiya qarşıdakı 3 ayda təmirə bağlanmayacaq:
"Bildiyiniz kimi "Xətai" stansiyasının bir hissəsində artıq təmir işləri aparılıb. Lakin "Sahil" stansiyası kimi bu stansiyanın da eskalatorlarının dəyişdirilməsinə zərurət var. Bu səbəbdən "Xətai" stansiyası da təmir işlərinə görə bağlanmalıdır. Hələ tam dəqiq vaxtı müəyyənləşməsə də, "Xətai" stansiyasını payız aylarında (oktyabr-noyabr) təmirə bağlanması planlaşdırılır. Bu barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək".
H.Məmmədov bildirib ki, "Bakmil" stansiyasında isə təmir işləri aparılsa da, stansiyanın fəaliyyəti dayandırılmayacaq:
"Mümkün mərtəbə stansiyanın fəaliyyətini dayandırmadan bütün işləri yekunlaşdırmağa çalışacağıq. Metronun əsas vəzifəsi sərnişinlərin təhlükəsiz şəkildə daşınmasına xidmət etməkdir".
Digər xəbərlər
31.03.2026
İqtisadiyyat
Şirkətlərin büdcəyə mənfəət vergisi ödənişləri azalıb - İlkin göstəricilər
0
0
19.03.2026
İqtisadiyyat
Fed-in "gözlə və gör" mesajı: Müharibənin kölgəsində faiz dərəcəsi yolu qeyri-müəyyəndir
0
0
19.03.2026
İqtisadiyyat
Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 650 milyon manatı ötüb
0
0



.png)


.jpg)



.jpg)
























































