USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Təhsil Nazirliyindən Baş Nazirin tədris müddəti ilə bağlı qərarı haqda açıqlama

13.03.2020 İqtisadiyyat
0 0
“Nazirlər Kabinetinin qərarı ilə tədris ilinin müddəti təsdiq edilib. Bu, ümumi təhsil haqqında qanundan irəli gələn vəzifə idi. Bu qərar verilənədək həmin müddəalar elə Nazirlər Kabinetinin təsdiq etdiyi nümunəvi nizamnamədə yer alırdı”.

"Kommersant.az" xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkədəki hesabında bildirib.

Nazirlik rəsmisi bildirib ki, yeni qərar qəbul edildikdən sonra, uyğunlaşdırma çərçivəsində həmin normalar nizamnamədən çıxarılmalı idi:

"Başqa sözlə desək, indi həmin normalar ayrıca sənəddə öz əksini tapıb.

Yeganə fərq ondan ibarətdir ki, nizamnaməyə görə, bütün ölkə üzrə tətil və tədris müddəti ilə bağlı qərar qəbul etmək səlahiyyəti Təhsil Nazirliyində idi. İndi isə Nazirlər Kabinetindədir. Amma ayrı-ayrı məktəblər üzrə bu qərarı vermək səlahiyyəti yenə də Təhsil Nazirliyindədir".

C.Valehov əlavə edib ki, yəni bu sənəddə hər hansı tətilin ləğv olunmasından söhbət getmir.

  • Əvvəlki

    Elman Rüstəmovdan dollarla bağlı açıqlama

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0