USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Koronavirusla bağlı daha bir yalan xəbərin üstü açıldı - “Zarafat idi“ - VİDEO

13.03.2020 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi, Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi bu gün yaydıqları birgə məlumatda vətəndaşları koronavirusla bağlı yalan məlumatlara inanmamağa, yalnız səlahiyyətli dövlət orqanlarının məlumatlarını nəzərə almağa çağırır.

Virusla əlaqədər həqiqəti əks etdirməyən, cəmiyyətdə süni ajiotaj yaratmağa hesablanmış bu cür əsassız və uydurma informasiyaları yayan şəxsləri yol verdikləri qanunazidd əməllərə görə məsuliyyətə cəlb olunacaqlar.

Bütün bu xəbərdarlıqlara baxmayaraq vətəndaşlar arasında hələ də hazırkı vəziyyətin ciddiliyini nəzərə almayan, bununla zarafat etməyə çalışanlar var. Belə ki, bir neçə gün öncə "WhatsApp" statuslarında koronavirusdan ölüm xəbəri yayılan Eyvaz Cəfərov "Real TV"-yə danışıb.

"Kommersant.az" xəbər verir ki, o, açıqlamasında bunun "WhatsApp" zarafatı olduğunu deyib.

Qeyd edək ki, dostların zarafatı vətəndaşlar arasında əsassız panikaya səbəb olub. Buna görə də, Eyvaz Cəfərov dostu Faiqlə etdiyi zarafata görə özünə haqq qazandırmır.

  • Əvvəlki

    Təhsil Nazirliyindən Baş Nazirin tədris müddəti ilə bağlı qərarı haqda açıqlama

Digər xəbərlər