USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bankın sədri: Əlli beş ABŞ dolları neftin kifayət yüksək qiymətidir

16.03.2020 İqtisadiyyat
0 0
“Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatı neftin qiymətinin enməsinə kifayət qədər dayanıqlıdır”.

"Kommersant.az" xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

E.Rüstəmovun sözlərinə görə, Azərbaycanda bütün sosial-iqtisadi proqramlar neftin 2015-ci ildən bu günə olan qiymətlərinə uyğunlaşıb:

"Bildiyiniz kimi, 2015-ci ildən sonra bir sıra tədbirlər görüldü. Biz iqtisadiyyatı yeni bir neft qiymətlərində tarazlaşdırmağa nail olduq və bu neftin qiymətini tədricən özümüzün həm sosial-iqtisadi inkişaf proqnozlarımızla, həm büdcəmizlə azaltmağa doğru getdik. 2015-ci ildə neftin qiyməti büdcəmizdə 90 ABŞ dolları idi, amma cari büdcəmiz 55 ABŞ dolları səviyyəsində qurulub. Sosial-iqtisadi inkişaf proqnozlarımız da buna əsaslanır.

Büdcə qaydaları qəbul olundu, manatın məzənnəsi 1,7 faiz səviyyəsində tarazlaşıb. 2018-2019-cu illərdə manatın məzənnəsində ucuzlaşma yox, bazarda bahalaşma təzyiqləri var idi. Yəni valyuta bazarı da tarazlaşıb.

Biz bu dövrlərdə əhəmiyyətli valyuta ehtiyatları da yaratdıq. 55 ABŞ dolları neftin kifayət yüksək qiymətidir. Bu həm ölkədə bütövlükdə sosial-iqtisadi inkişaf proqramlarını reallaşdırmağa, həm iqtisadi inkişafa dəstək verməyə, həm də iqtisadiyyatı sabit saxlamağa imkan verdi. Lakin bu gün neftin qiymətləri düşüb. Hesab edirəm ki, bu Azərbaycan iqtisadiyyatı elə də təhlükəli zonada deyil, bu, komfort zonadır. Son günlər bundan tez-tez danışırlar.

Bizim əsas makroiqtisadi fundamentalları təmsil edən göstəricilərə baxsaq, görərik ki, o bizim ilk növbədə çox yüksək strateji valyuta ehtiyatlarımızdır ki, bu da ümumi daxili məhsulumuzun 110%-nə çatıb. Xarici borcumuza baxsaq görərik ki, son illər görülən işlər nəticəsində xarici borc bizim ÜDM-dən əhəmiyyətli dərəcədə, dəfələrlə aşağıdır.

Çox konservativ xarici borcumuz var. Bütövlükdə bu bizə imkan verir ki, indiki situsiyaya çox optimist baxaq. Nə mənada optimist? İki yanaşma var. İlin əvvəllində neftin qiyməti 58 ABŞ dolları idi. Baxmayaraq ki, bu gün neftin qiyməti 34 ABŞ dollarıdır, amma bütövlükdə Azərbaycan büdcəsi üçün ilin əvvəlindən 58 ABŞ dollarıdır.

Əgər bir həftə, 10 gün müddətinə neftin qiyməti öz məcrasına qayıdırsa, biz cüzi bir şey itirəcəyik. Əgər bu qısamüddətli təsirdirsə, bu bir ssenaridir. İkinci ssenari, neftin qiyməti dediyimiz 60 ABŞ dolları səviyyəsinə qalxmırsa, 55 ABŞ dolları ola bilsin, 40-50 ABŞ dolları, yaxud 30-40 ABŞ dolları intervalına keçir. Azərbaycan iqtisadiyyatında kifayət qədər makroiqtisadi dayanıqlıq var ki, hər iki intervalda makroiqtisadi tarazlığı və maliyyə sabitliyini təmin edə bilsin".

  • Əvvəlki

    “ABŞ ilə Çin arasındakı ticarət savaşı...“ - Elman Rüstəmov

Digər xəbərlər