USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elman Rüstəmov: “Amerika iqtisadiyyatı asqıranda, Avropa iqtisadiyyatı sətəlcəm olur”

16.03.2020 İqtisadiyyat
0 0
“Bu yaxınlarda biz Sinqapur iqtisadiyyatında müəyyən prosesləri tədqiq etdik. Araşdırdıq, Sinqapurun iqtisadiyyatında müəyyən problemlər yaranır”.

“Kommersant.az” xəbər verir ki, bunları REAL TV-yə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

E.Rüstəmovun sözlərinə görə, tapdıqları cavab Çinlə bağlı olub:

“Çox maraqlı amil tapdıq. Gördük ki, bütövlükdə Sinqapur iqtisadiyyatı Çin iqtisadiyyatına çox böyük həcmdə, çox yüksək səviyyəli elmi-texniki xidmətlər göstərir. Artıq bu xidmətlərin həcmi kifayət qədər azalmağa başlayıb. Nəyə görə? Çünki Çin özü artıq çox ciddi elmi-innovativ infrastrukturunu yaradıb.

Vaxtilə məlum məsəl vardı - “Amerika iqtisadiyyatı asqıranda, Avropa iqtisadiyyatı sətəlcəm olur”. Bu, 70-80-ci illərdə iqtisadçılar arasında yayılmışdı. Bu gün də Çin iqtisadiyyatı həm məcazi, həm də birbaşa mənada xəstələnəndə onun bütövlükdə dünya iqtisadiyyatına – qlobal iqtisadiyyata, qlobal ticarətə və onunla əlaqədar olaraq beynəlxalq əmtəə bazarlarına, o cümlədən də enerji daşıyıcılarına, neftin qiymətinə çox ciddi təsir göstərmə potensialı var”.

  • Əvvəlki

    Mərkəzi Bankın sədri: Əlli beş ABŞ dolları neftin kifayət yüksək qiymətidir

Digər xəbərlər