USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milli Məclisin vitse-spikerindən vətəndaşlara müraciət

01.04.2020 İqtisadiyyat
0 0
"Bütün vətəndaşlarımızı dövlətin rəsmi qərarlarını əməl etməyə dəvət edirəm. Hesab edirəm ki, əgər biz karantin vəziyyətinin aylarla uzanmasını istəmiriksə, bu günə qədər pandemiyadan canını tapşıranlarla kifayətlənmək istəyiriksə, onda hamılıqla "evdə qal” kampaniyasına qoşulmalıyıq. Sosial təcridetmənin, virusun qarşısını almaq üçün cəmiyyəti, insanları xilas etmək üçün ən doğru yollardan biri olduğunu nəzərə almalıyıq və əməl etməliyik”.

"Kommersant.az" xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Adil Əliyev özünün "Facebook" səhifəsində yazıb.

Vitse-spiker bəzi insanların buna hələ də məsuliyyətsiz münasibət bəsləmələrinə təəssüf edib: "Hamımız dərk edirik ki, kasıb, az təminatlı, işləməyən insanlarla bağlı problemlər var və bu problemlər dövlətimizin, hökumətimizin nəzarətindədir. Sosial paketlər hazırlanıb paylanana qədər imkanlı şəxslər, iş adamları insanlarımızın yanında olmalıdır. Onlara maddi mənəvi dəstək verməlidirlər".

  • Əvvəlki

    Vüsal Qasımlı: "Biznes kreditlərinin bir hissəsinə dəstək verilə bilər"

Digər xəbərlər