USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sahib Məmmədov: “Ərzaq çatışmazlığından söhbət gedə bilməz”

09.04.2020 İqtisadiyyat
0 0
"Bu gün ərzaq təminatı sahəsində ehtiyatlarımız imkan yaradır ki, özünü təminat məsələlərində rahat addım ataq".

"Kommersant.az" xəbər verir ki, bunu AzTV-nin efirində İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

Onun sözlərinə görə, ölkədə əsas strateji məhsullar üzrə özünütəminat səviyyəsi 100%-dən çoxdur: "Hətta Azərbaycanın ixrac potensialı formalaşıb. Ona görə ərzağın çatışmazlığdan söhbət gedə bilməz, ölkəyə məhsuların idxalı davam edir. Hökumət iri idxalçılarla iş aparır".

Xatırladaq ki, aprelin 5-dən etibarən koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqinə başlanılıb.

  • Əvvəlki

    "Hamıya 200-250 manat..." - TƏKLİF

Digər xəbərlər