USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vilayət Eyvazov yeni rəisi təyin etdi

09.04.2020 İqtisadiyyat
0 0
Şəmkir rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinə yeni rəis təyin olunub.

"Kommersant.az" "Report"a istinadən xəbər verir ki, bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən polis kapitanı Vüqar Qabil oğlu Qarayev Şəmkir rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, V.Qarayev bundan əvvəl Gəncə şəhər Nizami rayon Polis İdarəsinin Cinayət-Axtarış bölməsinin baş əməliyyat müvəkkili olub.