USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ərazidə yaşayan pensiya alanlara - ŞAD XƏBƏR

09.04.2020 İqtisadiyyat
0 0
Bu gün Bakının 3 rayonu üzrə pensiya ödənişləri həyata keçiriləcək.

"Kommersant.az" xəbər verir ki, Nizami, Nərimanov və Xətai rayonları sakinləri bu gün pensiya ala biləcək.

Xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişlərinizi istənilən bankın bankomatından, eləcə də Azərpoçtun istənilən bankomat və ya posterminallarından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərsiniz.

Qeyd edək ki, "Covid-19" pandemiyası ilə əlaqədar yaşı 65-dən daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən, həmin yaş qruplarında olan şəxslərə bank kartlarına köçürülmüş vəsaitlərini ailə üzvlərinin və ya 142 – Çağrı Mərkəzinə müraciət etməklə sosial xidmətçilərin yardımı ilə, tənha ahıllara isə bank kartına köçürülmüş sosial ödənişini sosial xidmətçinin yardımı ilə əldə etməsi tövsiyə olunur.

  • Əvvəlki

    Kapital Bank biznesə başlamaq üçün 15 nəfərə dəstək göstərdi - FOTO

Digər xəbərlər