USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlik işsizlərlə bağlı məlumat yaydı - VİDEO

11.04.2020 İqtisadiyyat
0 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz şəxslərin qeydiyyatı və birdəfəlik ödəmə ilə bağlı video hazırlayıb.

"Kommersant.az"-ın xəbərinə görə, artıq bu gündən işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanıb. İlk olaraq 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb.

Onların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək.

Yalnız bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də "Azərpoçt" MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, SMS-də bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər. Ödəmələrin verilməsi gündəlik davam edəcək və qeydiyyata alınan digər işsiz şəxslər də bu ödənişlə təmin ediləcəklər.

  • Əvvəlki

    190 manat üçün müraciət edən hər kəsə SMS göndəriləcək

Digər xəbərlər

15.07.2025 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
0 0
15.07.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0