USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan türk nəqliyyatçıları üçün mühüm bir tranzit marşruta çevrilib - ƏRDOĞAN

11.04.2020 İqtisadiyyat
0 0
Azərbaycan və Qazaxıstan türk nəqliyyatçıları üçün mühüm bir tranzit marşruta çevrilibBağlanan quru yollar ilə əlaqədar Azərbaycan və Qazaxıstan türk nəqliyyatçıları üçün mühüm bir tranzit marşruta çevrilib.

"Kommersant.az"-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.

R.T.Ərdoğan bildirib: "Dəyərli qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm... Bütün bəşəriyyət indi görünməz bir düşmənə qarşı çətin müharibə aparır. Türk Şurasının bu fövqəladə Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizəmizdə aramızdakı həmrəyliyi möhkəmləndirəcək. Türk dünyası olaraq Allahın izni ilə bu çətin dövrdən də güclənərək çıxacağımıza səmimi qəlbdən inanıram".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronovirus pandemiyası ilə əlaqədar ölkəsində həyata keçirilən tədbirlərdən danışdı. Qeyd etdi ki, bu çətin günlərdə Türkiyə öz qardaşlarının yanında olmağa, onlara yardım etməyə çalışır. Bu baxımdan Türk Şurası üzvləri arasında da həmrəyliyin nümayiş etdirilməsi məmnunluq doğurur. Rəcəb Tayyib Ərdoğan pandemiyanın dünya iqtisadiyyatına mənfi təsirindən danışdı, onun fəsadlarının azaldılmasının, həmçinin ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayaraq dedi:

"Türkiyə ilə Azərbaycan və Gürcüstan arasında yük daşımaları üçün istifadə edilən dəmir yolu xəttini Orta Asiyayadək uzada bilərik. Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə mövcud yükə əlavə olaraq gündəlik 3500 ton yükün daşına bilməsi üçün işlər görürük. Bağlanan quru yollar ilə əlaqədar Azərbaycan və Qazaxıstan türk nəqliyyatçıları üçün mühüm bir tranzit marşruta çevrilib".

"Əlbəttə ki, koronovirusla savaşda qalib gələcəyik, bunun ardınca yeni dünya reallığı ilə üz-üzə qalacağıq", - deyən Türkiyə Prezidenti pandemiyadan sonrakı dövr üçün də hazırlıqların görülməsinin əhəmiyyətinə toxundu.

  • Əvvəlki

    Virusla mübarizədə vətəndaşlarımızın üzərinə ciddi vəzifə və böyük məsuliyyət düşür - Ceyhun Məmmədov

Digər xəbərlər

17.07.2025 İqtisadiyyat
Bəzi ərazilərdə işıq olmayacaq
0 0
17.07.2025 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
0 0
17.07.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0