USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İstefa verən nazir danışdı: “Görüntülər mükəmməl idarə olunan prosesə yaraşmadı”

13.04.2020 İqtisadiyyat
0 0
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu istefa verib.

"Kommersant.az" xəbər verir ki, o, bu qərarını həftəsonu küçəyə çıxmaq qadağası və bu qadağadan sonra ölkədə yaranmış xaos vəziyyəti ilə əlaqələndirib.

"Əzm və məsuliyyətlə davam etdirdiyimiz bir prosesdə tamamilə yoluxmanın qarşısını almaq məqsədilə tətbiq olunan həftəsonu küçəyə çıxmamaq qərarı şəxsimə aiddir. Yaşanan hadisələr və ortaya çıxan görüntülər mükəmməl idarə olunan prosesə yaraşmadı.

Heç bir zaman zərər vermək istəmədiyim Əziz Millətim və həmişə sadiq olacağım cənab prezidentimizdən üzr istəyirəm. Qürurla daşıdığım Daxili İşlər naziri vəzifsindən istefa verirəm. Allah millətimizi qorusun", - deyə Soylu bildirib.

  • Əvvəlki

    Türkiyədə koronavirusdan daha 97 nəfər öldü

Digər xəbərlər