USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fitch: Azərbaycanda vəziyyət 2021-ci ildə düzələcək

13.04.2020 İqtisadiyyat
0 1
Neftin qiymətinin kəskin ucuzlaşması və COVİD-19 koronavirusun yayılmasının qarşısının alınması üzrə tədbirlər 2020-ci ildə Azərbaycanda iqtisadi fəallığın zəifləməsinə gətirəcək, vəziyyət 2021-ci ildə düzələcək. “Fitch” beynəlxalq reytinq agentliyində belə hesab edirlər.

“COVİD-19 infeksiyasının yayılması və neftin qiymətinin kəskin ucuzlaşmasının qarşısının alınması üzrə tədbirlər iqtisadi fəallığın azalmasına gətirəcək. “Fitch”in proqnozlarına görə, 2020-ci ildə ÜDM-in azalması 4,8% təşkil edəcək, çünki gəlirlər, istehlak və qeyri-neft sahəsində fəallıq hərəkət məhdudiyyəti və davamlı məzuniyyətdən zərər görəcək. 2021-ci ildə neftin qiymətinin və birgə tələbat bərpa olunacağı halda ÜDM-in artımının 2,5% təşkil edəcəyini poroqnozlaşdırırıq”, – agentliyin məlumatında qeyd olunur.

Cari ilin yanvar ayında “Fitch” 2020-2021-ci illərdə ÜDM-in artımını illik 2,2% səviyəsində proqnozlaşdırıb. Bunu İnterfaks Azərbaycan bildirir.

Agentliyin qiymətləndirmələrinə görə, koronavirus pandemiyası və neftin aşağı qiymətindən mənfi təsir hökumətin 2,5 milyard manat dəyərində ($1,5 milyard) qiymətləndirilən biznes və əhalinin dəstəklənməsi üzrə tədbirlərlə yümşalacaq.

Eyni zamanda, agentlik hesab edir ki, neftin qiymətinin davamlı aşağı olması zamanı hasilat və neft-qaz sektoruna investisiyalar yəqin ki, azalacaq.

“Fitch” cari il Azərbaycanda inflyasiyanı 1,5% (yanvar proqnozu – 3,3%), 2021-ci ildə – 3,5% (yanvar proqnozu – 3,4%) səviyyəsində proqnozlaşdırır.

“Neftin qiymətinin kəskin ucuzlaşması ARDNF-yə neftdən daxil olan fiskal gəlirləri mühüm dərəcədə azaldacaq, eyni zamanda sosial ödənişlər və müavinətlərlə bağlı cari xərclər artacaq, çünki işsizliyin səviyyəsi 2019-cu ildə 5%-dən 8%-dək artacaq. “Fitch” fiskal qaydaların müvəqqəti dayandırılmasını gözləyir ki, hökumət böhrana reaksiya verə bilsin”, – agentlik qeyd edir.

“Fitch” Azərbaycanın güclü fiskal və xarici buferlərini, dövlət borcunun aşağı səviyyədə olduğunu (2019-cu ilin sonuna ÜDM-in 19,1%-i) vurğulayır. “Bizim proqnozlara görə, 2020-ci ildə dövlət borcu ÜDM-in 23%-dək yüksələcək. Səbəb COVİD-19 pandemiyası dövründə dövlət dəstəyi tədbirlərinin bir hissəsinin maliyyələşdirilməsidir. 2021-ci ildə dövlət borcu ÜDM-in 22,2%-dək azalacaq”, – məlumatda qeyd olunur.

Agentliyin qiymətləndirmələrinə görə, neftin qiymətinin ucuzlaşması səbəbindən Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri ÜDM-in 2,8%-ni təşkil edəcək, lakin 2021-ci ildə neftin qiymətinin bərpası fonunda 5,2% profisitlə əvəz olunacaq.

Azərbaycan hökuməti 2020-ci ildə ÜDM-nin artımını 3% səviyyəsində proqnozlaşdırır. Bununla belə, hökumət koronavirus pandemiyası və neftin ucuzlaşması nəzərə alınmaqla ÜDM-nin templəri ilə bağlı yeni proqnozu hələ dərc etməyib.

2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.

  • Əvvəlki

    “Onlara dövlət məmuru statusu verilməli, xərclərdən azad edilməlidirlər”

Digər xəbərlər

30.04.2024 İqtisadiyyat
Dollar ucuzlaşır
0 0
30.04.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0