USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabah 24 dərəcə isti olacaq

15.04.2020 İqtisadiyyat
0 0
Azərbaycanda sabahagözlənilən hava şəraiti açıqlanıb.

"Kommersant.az" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-11, gündüz 15-18, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Aprelin 16-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5–9, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 16-da Abşeron yarımadasında atmosfer təzyiqinin yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

  • Əvvəlki

    İlham Əliyev yeni müavin təyin etdi - FOTO

Digər xəbərlər

04.07.2025 İqtisadiyyat
Qızıl qiymətləri yüksəlir
0 0
04.07.2025 İqtisadiyyat
Türkiyə FAO şurasına üzv seçildi
0 0