USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ

15.04.2020 İqtisadiyyat
0 0
Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

"Kommersant.az" xəbər verir ki, xidmətdən verilən məlumata görə, aprelin 16-sı səhərdən 17-si səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 16-sı axşamdan 17-si səhərədək hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyinin sürəti 15-20 m/s təşkil edəcək, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı istisna olunmur.

  • Əvvəlki

    Azərbaycana daxil olan valyuta son 3 ildə ilk dəfə milyardan aşağı düşüb

Digər xəbərlər

04.07.2025 İqtisadiyyat
Qızıl qiymətləri yüksəlir
0 0
04.07.2025 İqtisadiyyat
Türkiyə FAO şurasına üzv seçildi
0 0