USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İaşə obyektləri və parklar mayın 4-də açıla bilər

18.04.2020 İqtisadiyyat
0 0
İtaliya hökuməti mayın 4-də restoranların, barların fəaliyyətini bərpa etmək, o cümlədən parkların açılması imkanlarını nəzərdən keçirir.

"Kommersant.az"-ın xəbərinə görə, bununla bağlı son qərarın yaxın iki həftə ərzindəki epidemioloji məlumatlar əsasında mütəxəssislər tərəfindən veriləcəyi qeyd olunur.

Karantin rejimi yumşaldıldığı təqdirdə texniki təhlükəsizlik tədbirləri yenə də qüvvədə olacağı bildirilir – qoruyucu vasitələrdən istifadə, sosial məsafənin gözlənilməsi və s.

Eyni zamanda, insanların qruplar halında toplaşması qadağası da qüvvədə qalacaq.

Hazırda ölkədə sərt karantin tədbirləri mayın 3-dək uzadılıb. Təhsil naziri Luçia Adzolina dərsələrin çox güman ki, tədris ilinin sonuna qədər açıq olmayacağını açıqlayıb.

Bu arada ən çox yoluxmanın qeydə alındığı şimal bölgələri də daxil olmaqla bir sıra inzibati ərazi vahidi rəhbərləri istehsalın bərpa olunmasını və tikinti sahələrində işləməyi tələb ediblər. Hökümət ölkənin bir sıra əyalətlərində kitab mağazaları və uşaq malları mağazalarının, eyni zamanda ətir dükanlarının açılmasına icazə verib.

Xatırladaq ki, bu günədək İtaliyada virusa yoluxanların sayı 172,5 min nəfərə çatıb, onlardan 22 745 nəfər ölüb, 42727 nəfər isə sağalıb.