USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcra Hakimiyyəti tərəfindən növbəti ərzaq yardımı: Növbəti rayon hansıdır?

18.04.2020 İqtisadiyyat
0 0
Karantin rejiminin tətbiqi ilə əlaqədar sakinlərə dəstək məqsədilə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən növbəti ərzaq yardımları paylanılıb.

"Kommersant.az" xəbər verir ki, aksiyası çərçivəsində Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən karantin rejimi dövründə MKİS-lərin də iştirakı ilə müəyyən edilən, evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı, tənha yaşayan, imkansız, ehtiyacı olan 2400 artıq ailəyə ərzaq məhsullarından ibarət sovqat paylanılıb.

Bu gün də karantin rejimi tətbiq olunan dövr ərzində artıq ikinci dəfədir ki, 300-dən artıq şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə təkrar olaraq ərzaq payları çatdırılıb.
Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayonun gənc könüllüləri yardımların göstərilməsi ilə yanaşı, vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib.
Nərimanov Rayon İcra Hakimiyyəti sakinlərdən bu həssas dövrdə evdə qalmalarını, ciddi karantin rejiminə və müəyyən edilmiş sosial izolyasiya tələblərinə əməl etmələrini, yaranmış hər hansı bir problemlərlə bağlı 1643 qaynar xəttinə müraciət etmələrini xahiş edir.

  • Əvvəlki

    Daha 10 min şəxs ödənişli ictimai işlərə cəlb olundu

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0