USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident Mikayıl Cabbarova yeni vəzifə verdi - SON DƏQİQƏ!

19.04.2020 İqtisadiyyat
0 0
"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin (ASK) Müşahidə Şurasına daha 3 üzv təyin edilib.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov və Azərbaycan Mərkəzi Bankının Elman Rüstəmov ASK-nın rəhbərliyinə gətirilib.

Şuraya Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov rəhbərlik edir.
Xatırladaq ki, ASK 2017-ci ildə dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb.

Onun nizamnamə kapitalı 500 milyon manatdır.

  • Əvvəlki

    SON DƏQİQƏ! Azərbaycan sərhədləri bu tarixdə açır - RƏSMİ

Digər xəbərlər

16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0
16.05.2024 İqtisadiyyat
Çinin qlobal ticarətə təsiri
0 0