USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Karantin dövründə icazə ilə bağlı MÜHÜM YENİLİK - VİDEO

20.04.2020 İqtisadiyyat
0 0
Vətəndaşlara proaktiv xidmətlər göstərməklə onların işlərini asanlaşdıran, resurslarına qənaət edərək şəffaf və operativ xidmət göstərən “myGov” elektron hökumət portalına xüsusi karantin rejimi zamanı fəaliyyət üçün təsdiqlənmiş icazələr inteqrasiya edilib. Belə ki, vətəndaşlar "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə mövcud icazələrinin statusuna “myGov” portalında baxa bilərlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, bunun üçün vətəndaş "myGov" portalına daxil olaraq öz şəxsi kabinetində "Məlumatlarım" bölməsini seçir, açılan pəncərədə "İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış"ın üzərinə sıxılır. Burada vətəndaş öz icazəsinə baxa və ya "yüklə" düyməsinə sıxaraq elektron formasını kompüterinə və ya telefonuna yükləyə bilər.

Alternativ olaraq portalın "Bütün xidmətlər" bölməsində "Qurumlar üzrə" alt bölməsinə keçid edərək açılan siyahıdan "Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi"ni seçmək olar. Açılan pəncərədə "İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış" seçimini edərək yenə icazə haqqında arayışı əldə etmək mümkündür.

"myGov" portalına əlavə olunan yeni funksionallıqdan biri də vətəndaşa icaze.e-gov.az portalı üzərindən verilən icazə statusu ilə bağlı onun şəxsi kabinetinə bildirişin gəlməsidir.

Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən icazələrin "myGov" platformasına inteqrasiya edilməsi vətəndaşların işini xeyli asanlaşdırmış olur. Belə ki, icazə.e-gov.az portalında verilən və ləğv edilən icazələr haqqında vətəndaşların çoxu məlumatsız olurdu. Artıq vətəndaş özü olduğu yerdən və istənilən vaxtda "myGov" portalına daxil olaraq icazə arayışını yoxlaya bilər.

"myGov" portalına giriş "ASAN Login" sistemi üzərindən 4 üsulla həyata keçirilir. Sistemə giriş üsulları ilə mygov.az portalının "Ana səhifə"sində yerləşdirilmiş videotəlimatda tanış olmaq mümkündür.

  • Əvvəlki

    Qazaxıstanda koronavirus qurbanlarının sayı 19 nəfərə çatıb

Digər xəbərlər

13.05.2024 İqtisadiyyat
Yapon Yeninin taleyi FED-in əlindədirmi?
0 0
13.05.2024 İqtisadiyyat
Çinin avtomobil ixracı 34 faiz artıb
0 0
13.05.2024 İqtisadiyyat
Neftin qiyməti qalxır
0 0