USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın 550-ə yaxın vətəndaşı vətənə qayıtdı

22.04.2020 İqtisadiyyat
0 0
Azərbaycan və Rusiya arasındakı anlaşmaya əsasən, COVID-19 səbəbi ilə qonşu ölkədə qalan Azərbaycan vətəndaşlarının vətənə dönüşü təşkil edilib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Dağıstanın Məhəmmədkənd rayonunun administrasiyasından məlumat verilib.

Məlumata görə, "Yaraq-Qazmalar" (Rusiya) – "Samur" (Azərbaycan) buraxılış məntəqələri ərazisində yaradılmış xüsusi "dəhliz"dən 548 Azərbaycan vətəndaşı keçərək vətənə dönüb:

"Bunlar koronavirus səbəbi ilə Rusiyadan ayrıla bilməyən və aprelin əvvəlindən etibarən rayonumuzun ərazisinə gələnlər idi. Hamı "dəhliz"dən göndərildi. Göndəriş aprelin 20-nə keçən gecə baş tutub".