USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Mikrofonu dartdız deyə belə oldu” - Spikerdən deputata İRAD

24.04.2020 İqtisadiyyat
0 0
Bu gün parlamentin iclasında deputat Bəhruz Məhərəmova söz verilərkən onun mikrofonunda problem yaranıb.

"Kommersant.az"-ın xəbərinə görə, koronavirus pandemiyasına görə izolyasiya tədbirlərinə görə deputatların bir qismi zalın arxa hissəsində, qonaqlar üçün nəzərdə tutulmuş yerdə otururlar. Deputatlar tək-tək oturduğu üçün zalda hamısına yer çatmır. B.Məhərrəmov da qonaqlar üçün nəzərdə tutulmuş yerdə əyləşib və onlar üçün ayrıca avadanlıq quraşdırılıb. B.Məhərrəmov çıxışa başlayarkən səsləndirmədə problem yaşanıb.

Deputat daha sonra başqa stolda əyləşərək çıxış edib və yaranan problemə görə texniki işçilərin adından üzr istədiyini bildirib. O çıxışını bitirərkən spiker Sahibə Qafarova ona irad tutub: "Səhvi siz etdiniz, texniki işçilər yox. Mikrofonu dartdığınız üçün səs kəsildi".Qafqazinfo

  • Əvvəlki

    Milli Məclisdə Ombudsmanın illik məruzəsi dinlənilir

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0