USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tibb işçilərinə əlavə ödəniş nə vaxt veriləcək? - AÇIQLAMA

28.04.2020 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərar verib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, hazırda ödənişlərin verilməsi prosesinə başlanılmayıb: "Biz tibb müəssisələrinə müraciət etmişik ki, koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin siyahısını bizə göndərsinlər. Daha sonra həmin siyahılar əsasında hesablamalar aparılacaq.

Xəstəxanalardan göndərilən siyahılara uyğun olaraq tibb işçilərinə Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmuş ödəmələr ediləcək. Hazırda tibb müəssisələrindən siyahıların əldə edilməsi mərhələsindəyik. Eyni zamanda, digər dövlət qurumları ilə birlikdə özümüzdə də müəyyən hesablamaları aparırıq. Qısa müddətdə bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".Qafqazinfo

  • Əvvəlki

    Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 100 il ötür

Digər xəbərlər