USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Müddət azaldılır" - Sosial yardım alanların NƏZƏRİNƏ

05.05.2020 İqtisadiyyat
0 0
Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti azaldılır.

"Kommersant.az" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

O deyib ki, hazırda ünvanlı dövlət sosial yardımı iki il müddətinə təyin edilir:

"Bizim təhlillər onu göstərir ki, yardım müddətinin iki il olması bir çox hallarda aztəminatlı ailələrdə asılılıq, ələbaxımlılıq yaradır. Bunu aradan qaldırmaq üçün ünvanlı dövlət sosial yardımının alınma müddəti iki ildən bir ilə endirilir. Bu yardım təyin edildiyi ayın 1-dən etibarən 1 il müddətində təyin olunacaq".

B.Hüseynov bu məsələnin "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna təklif edilən yeni dəyişikliklər layihəsində öz əksini tapdığını söyləyib.

Nazirlik rəsmisi qeyd edib ki, layihə baxılmaq üçün artıq Milli Məclisə təqdim edilib.

B.Hüseynov təklif edilən dəyişikliklərin vətəndaşların sosial yardım almaq imkanlarını genişləndirdiyini söyləyib.Trend

  • Əvvəlki

    Bakıda təhsil müəssisələrinin tikintisinə 20 milyon manat ayrıldı - Sərəncam

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0