USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Uhan şəhərində təhsil ocaqları fəaliyyətə başlayıb

06.05.2020 İqtisadiyyat
0 0
Pandemiyanın ocağı olmuş Çinin Uhan şəhərində təhsil ocaqları fəaliyyətə başlayıb.

"Kommersant.az" xəbər verir ki, dərslər sosial məsafə qaydalarına əsasən tənzimlənəcək.

Məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində şagird və tələbələrin dərsə maska ilə gəlmələri tələb edilir. Bundan başqa, təhsil ocaqlarının girişində öyrəncilərin hərarəti də ölçüləcək.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,7 milyonu ötüb. Bunların 1,2 milyon nəfərdən çoxu sağalıb, 259 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.