USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ramiz Mehdiyevin ölüm xəbəri ilə bağlı kürəkənindən açıqlama

12.05.2020 İqtisadiyyat
0 0
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin ölümü ilə bağlı yayılan xəbərlərə akademikin kürəkəni, Milli Məclisin sabiq deputatı İlham Əliyev aydınlıq gətirib.

İlham Əliyev açıqlamasında bildirib ki, yayılan məlumatlar doğru deyil:

"Ramiz Mehdiyev Novruz bayramı günündən bəri Bakıda evindədir, karantin qaydalarının tələblərinə uyğun olaraq evdən bayıra çıxmayıb. Biz də onunla görüşmək istəyəndə yanına gedirik. Səhhəti normal və qaydasındadır. Artıq bir həftədir ki, işinin başına dönüb. Hazırda da Ramiz müəllim AMEA-da işinin başındadır".

Sabiq deputat deyib ki, Ramiz Mehdiyevin Göyçayda dincəlməsi barədə yayılan məlumatlar da tamamilə yalandır:

"Ağsaqqal Novruz bayramı günündə Bakıda evində olub. Ağsaqqalın ad gününü Göyçayda keçirməsi barədə yayılan xəbərlər yalan idi. Ramiz müəllim ad gününü Bakıda övladlarının və nəvələrinin yanında keçirib. Həmin günü mən də yanında olmuşam. Axı onun Göyçayda nə işi vardı? Gedib Göyçayda nə edəcəkdi?".

Demokrat.az

  • Əvvəlki

    Ukraynada məhdudiyyətlər rəsmi olaraq ləğv olunur

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0