USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Paris meri paytaxtda parkların açılmasını xahiş etdi

12.05.2020 İqtisadiyyat
0 0
Paris şəhərinin meri Ann İdalqo paytaxtda parkların açılmasını xahiş edib.

"Kommersant.az"-ın məlumatına görə, mer bu müraciətini öz "Twitter" səhifəsində paylaşıb.

Mer sakinlərin maska taxması şərti ilə parkların açılmasının məqsəduyğun olduğunu deyib.

Qeyd edək ki, mayın 11-dən etibarən Fransada karantin rejimi yumşaldılıb. Ölkə ərazisində məktəblər, geyim mağazaları, bərbərxana və gözəllik salonları açılıb. Restoran, kafe və kinoteatrlar növbəti qəraradək bağlı qalıb.

Eyni zamanda, koronavirusun daha çox yayıldığı paytaxt parisdə parklar da bağlı qalıb. Ölkədə maska rejimi qüvvədədir.

  • Əvvəlki

    Əhəd Abıyev məmuru işdən qovdu - VİDEO

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0