USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Deputat parlament üzvlərinin gəlir bəyannaməsindən danışdı

12.05.2020 İqtisadiyyat
0 0
Milli Məclisin deputatı Naqif Həmzəyev parlament üzvlərinin gəlir bəyannaməsindən danışıb.

Deputat bununla bağlı “ARB24” kanalına açıqlamasında bildirib ki, ölkə prezidentinin 2020-ci il fevral ayında imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda vəzifəli şəxslərin maliyyə xarakterli gəlirləri barədə məlumatların təqdim edilməsi nəzərdə tutulub:

“Bu işdə millət vəkilləri örnək olmalı, öz gəlirləri barədə deklarasiya təqdim etməlidirlər. Millət vəkillərinin deklarasiyalarının ictimaiyyətə açıqlanması digər məmurlara nümunə olardı. Eyni zamanda, millət vəkili deklarasiyaların nəzarət mexanizmi tərəfindən işlənməsi, ictimaiyyətə təqdim edilməsi gələcəyə hesablanmış addım olduğunu qeyd edib. Qeyd edim ki, bu məsələ ilə bağlı nəzarət mexanizmi Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə tapşırılıb”

  • Əvvəlki

    Pandemiyadan öncə alınan aviabiletlər geri qaytarılacaqmı? - VİDEO

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0