Google-un reklamverənlər ilə mübarizəsi: Dələduzlar koronavirus zamanı hansı yola əl atıblar?

12.05.2020 İqtisadiyyat
Google 2019-cu ildə daha zərərli reklamların 17%-ni silib. 2019-cu ildə Google 2,7 milyard zərərli reklamı bloklayıb və silib.

Bundan başqa, internet-nəhəngi 1,5 milyon reklam hesabını, 1,2 milyondan çox yayımçı hesabını, yayım şəbəkəsinə daxil olan 21 milyon səhifədən isə zərərli reklamları uzaqlaşdırıb.

2018-ci illə müqayisədə şirkətin qaydalarını pozan reklamın miqdarı isə 17% artım göstərib. 2017-ci ildə isə rekord sayda qadağa edilən reklam sayı qeydə alınıb, 3,2 milyard ədəd. Ötən il Google pasport məlumatlarını axtaran dələduzların sayında artım olduğunu qeydə alıb.

Bu reklamlar sənəd məlumatlarını bərpa edəcəyini deyən real saytlara bənzəyirdi. Amma burda dələduzların məqsədi başqa idi, onlar istifadəçinin şəxsi məlumatlarını, məsələn kredit kartı, sosial sığorta nömrəsini əldə etmək niyyətində idilər. Digər geniş yayılmış dələduzluq forması isə istifadəçiləri klik etməyə təşviq edən yalan məlumatlar olub. Bunlar, əsasən kompüter və telefonda əməliyyat sisteminin xəbərdarlığını təqlid edirlər.

Monitorinq prosesini sürətləndirmək üçün isə Google tərəfindən xüsusi komanda yaradılıb. Onlar hər iki növdən 50% daha çox zərərli reklamı şəbəkədən uzaqlaşdıra biliblər. Bunların 21 milyonu şəxsi məlumatların əldə edilməsi istiqamətində, 19 milyonu isə yalan məlumatlar üzərində idi.

Digər bir trend isə kredit şərtləri haqqında yanlış məlumatları özündə ehtiva edən istehlak kredit reklamlarının sayının artmasıdır. Buna cavab olaraq isə Google qaydaları daha da sərtləşdirdi. Yalnız saytlarında komissiya haqqını açıq şəkildə göstərən reklamverənlərə, həmçinin kreditin riskləri və faydaları haqqında məlumatın verilməsini tələb etdi. Nəticədə 9,6 milyon zərərli reklam silindi, bu isə 2018-ci illə müqayisədə 50% artım deməkdir.

Koranavirus epidemiyasının yayılması ilə dələduzların fəaliyyəti daha da aktivləşib. Belə ki, onlar qlobal böhrandan və istehlakçıların həyəcanından xeyir götürməyə çalışıblar. Onlar daha çox tələbatın olduğu əlçək, maska, gigiyenik salfet və s. nin reklamını artırdılar. Onlar ilə isə koporasiyanın COVID-19 ilə bağlı işçi qrupu mübarizə aparırdı. Onlar dələduzlara pandemiyanın fonunda varlı olmağa icazə verməyib.

Yaxın zamanda isə Google reklamverənlər üçün verifikasiya qaydalarını tətbiq etdi. İndi onlar şəxsiyyətlərini və işlədikləri ölkənin adını təsdiq etməyə məcburdurlar.