DTX-nin əməliyyatı ilə bağlı - AÇIQLAMA

14.05.2020 İqtisadiyyat
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun həbsi ilə bağlı sualları cavablandırıb.

"Kommersant.az"-ın xəbərinə görə, millət vəkili dünyanın digər yerlərində belə hadisələr baş verəndə nazirlərin dərhal istefa verdiyini, lakin 29 ildə Azərbaycanda belə halın baş vermədiyini söyləyib:

"Rüşvətxorluq və korrupsiyaya qurşananda, vəzifəsinin öhdəsindən gələ bilməyəndə vəzifəsindən uzaqlaşdırılıblar. İndi isə bizdə də buna mərhələlərlə gedirik. Mən hesab edirəm ki, son zamanlar yüksək vəzifəli məmurlara qarşı aparılan tədbirlər kampaniya xarakteri almamalıdır. Vətəndaşlar da aparılan işlərdən razıdır".

S.Novruzov son zamanlar icra hakimiyyətlərində araşdırmaların Bakı rayonlarını niyə əhatə etməməsi ilə bağlı suala isə belə cavab verib:

"Hazırda bütün faktlar ciddi şəkildə araşdırılır və fakt olmadan kiməsə rüşvətxor demək olmaz".