USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanlılar yaşayan kənd ciddi karantin zonası elan edildi

15.05.2020 İqtisadiyyat
0 0
Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Geta (Aşağı Güləver) kəndinə giriş-çıxış bağlanıb.

Kənd ciddi karantin zonası elan edilib.

Buna səbəb ötən gün kənddə koronavirusa 8 yeni yoluxma halının təsdiq olunmasıdır.

Səhər saat 06:00-dan etibarən Geta kəndi tam təcrid olunub və əhali arasında tibbi müayinə həyata keçirilir.

Ötən gün rayonun Muşevani (Dəllər) kəndində də daha 9 nəfərdə koronavirus aşkarlanıb. İndiyədək Bolnisidə COVID-19-a 139 nəfər yoluxub. Onların 49-u sağalıb, 3-ü isə dünyasını dəyişib, 78 nəfər özünütəcriddə, 69 nəfər isə karantindədir.

Qeyd edək ki, Gürcüstan hökumətinin qərarı ilə mayın 18-dən etibarən Bolnisidə əlavə karantin qaydaları tətbiq olunacaq.

  • Əvvəlki

    “Röyal Bank”ın rəhbərlərinin məhkəməsi başlayır

Digər xəbərlər