USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nyu-Yorkda karantin tədbirləri yenidən uzadıldı

16.05.2020 İqtisadiyyat
0 0
ABŞ-ın Nyu-York əyalətində koronavirus pandemiyası səbəbindən karantin tədbirləri iyunun 13-dək uzadılıb.

"Kommersant.az"-ın xəbərinə görə, bu barədə ştatın qubernatoru Endryu Kuomo bildirib. Karantinin uzadılmasının səbəbi Nyu-Yorkda vəziyyətin getdikcə pisləşməsidir. Belə ki, son sutka ərzində burada daha 157 nəfər koronavirusdan dünyasını dəyişib.

Kuomonun digər sərəncamına əsasən isə bu gündən etibarən ştatın 5 ərazisində - Central New York, Mohawk Valley, North Country, Finger Lakes və Southern Tierdə məhdudlaşdırıcı tədbirlər yumşaldılacaq.Qafqazinfo