USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Göyçaylılar aksiyaya başladılar - İCRA BAŞÇISI...

18.05.2020 İqtisadiyyat
0 0
Göyçay rayon sakinləri prezident İlham Əliyevə müraciət etdi.

"Kommersant.az" ölkə başçısına edilən müraciəti olduğu kimi təqdim edir:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Göyçay rayon sakinləri tərəfindən

ŞİKAYƏT

Hörmətli Prezident sizin ölkədə apardığınız islahatları bəyənirik və dəstəkləyirik. Siz həmişə haqqın-ədalətin yanında xalqın dayağında xidmətində olmusunuz.Korrupsiyaya qurşanmış məmurların həbs edilib cinayət məsuliyyətinə cəlb edilməsi təqdirə layiq haldır. Nə yaxşı ki, siz varsınız. Korrupsiyaya qarşı mübarizə vüsət aldığı bir vaxtda Göyçay rayon icra başçısı Mehdi Səlimzadə heç bir nəticə çıxarmır. Bu adam sanki özünü fövqəladə toxunulmaz şəxs hesab edir.

Mehdi Səlimzadə bəlkədə Azərbaycanda analoqu olmayan cinayət törədib ki, bunun adı rəzalətdir.
Belə ki, aztəminatlı ailələrə paylanəlması üçün Heydər ƏLiyev Fondu tərəfindən Göyçay rayonuna göndərilmiş ərzaq yardımının bir qutusunu Mehdi Səlimzadə 20 manata kənd icra nümayəndəliklərinə satıb. Onlar isə Mehdi Səlimzadədən pulla aldıqları yardım qutularını acığa düşüb öz qohum-tanışlarına paylayıblar.Bu isə aztəminatlı ailələr arasında ciddi narazılıqlara səbəb olub.

İcra başçısı Mehdi Səlimzadənin bu biabırçı cinayət əməlindən bütün Göyçay danışır.Bir neçə rayonun icra başçısının həbsindən qorxuya düşən Mehdi Səlimzadə iş kabinetində və evində olan müşahidə kameralarını dəyişdirtdirib, ora falç cindar gətizdirib ofsunlar oxutdurur. Mehdi Səlimzadə rüşvəti artıq iş otağında deyil kənddəki villasında qəbul edir.Həmin villadakı video kameraları isə tamamilə yığışdırıb.

Göyçay rayonunda 1000 dən çox işçinin maaş kartı Mehdi Səlimzadədə olsada özlərinə hələ qaytarmaq istəmir. Bu fakt bir neçə ay əvvəl Göyçayda aparılmış yoxlama zamanı subut olundu. Yenədə nəticə çıxarmayan icra başçısı həmin maaş kartlarını sahiblərinə qaytarmadı.Çünki bu adam cəzasızlıqdan azğınlaşıb. Bunun ən çox arxayın olduğu yer oğlunun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində işləməsidir. Göyçay rayonuna icra başçısı təyin olunduğu son 4 ildə Mehdi Səlimzadənin törətdiyi cinayətlərin sayı-hesabı bilinmir. Mehdi Səlimzadənin korrupsiya əməllərinin yanında həbs olunmuş icra başçıları Nizaməddin Quliyevin, İsmayıl Vəliyevin, Mahir Quliyevin və Vilyam Hacıyevin törətdiyi cinayətlər toya-bayrama getməlidir.
Göyçayılıar Dövlət Təhlükəsizlik Xidmətinin Göyçaya gəlib Mehdi Səlimzadənin korrupsiya əməllərinə son qoyacağını səbirsizliklə gözləyirlər.

Hörmətli Prezident Sizdən xahiş edirik Göyçaya nəzər salıb korrupsiya cinayətləri ilə liderlik edən Mehdi Səlimzadənin barəsidnə tədbirlər görəsiniz.

Yoxsul insanlara göndərilən ərzaq yardımını satan və maaş kartlarını özündə saxlayan icra başçısı ən ağır cəzaya məhkum olmalıdır.

İmza; Göyçay rayon sakinləri

Məhərrəmov İsa Əli oğlu 051 545-78-09
Əliyev Vüqar Tahir oğlu
Qədirov Vilayət Yaqub oğlu
Əsədova Bəsti Umud qızı
Nəcəfova Məsimə Kamil qızı
Məmmədov Ceyhun Musa oğlu
Kərimova Sənubər İsmayıl qızı
Salahov Bəxtiyar Osman oğlu
Qasımova Bahar Yusif qızı
Lətifov Aydın Vahid oğlu
Eyvazov Nazim İmamverdi oğlu
Məmmədov Teymur Gülağa oğlu
Musayev Vaqif Rafiq oğlu
.

  • Əvvəlki

    Azərbaycanda yaşı 65-dən yuxarı olan insanlar evdən sərbəst çıxa biləcəklər - QƏRAR

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0