USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda yaşı 65-dən yuxarı olan insanlar evdən sərbəst çıxa biləcəklər - QƏRAR

18.05.2020 İqtisadiyyat
0 0
Azərbaycanda yaşı 65-dən yuxarı olan insanlarla bağlı qadağa götürülüb.

"Kommersant.az"-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Bildirilib ki, 18 may 2020-ci il saat 00:00-dan etibarən 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.