USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əli Həsənovun "Gelandewagen”lə qəza törədən nəvəsi nömrələri neçəyə satdı? - FOTO

19.05.2020 İqtisadiyyat
0 0
Bakıda 2017-ci ildə törətdiyi ağır avtomobil qəzası ilə iki nəfərin ölümü və iki nəfərin yaralanmasına səbəb olan "Qaçqınkom"un sabiq sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevdən yeni xəbər var.

N.Allahverdiyevə məxsus əksər avtomobillər satılıb. O, əvvəlcə qəza törətdiyi "Gelandewagen"ni dövlət nömrə nişansız satıb. Daha sonra isə qəza törətdiyi avtomobilin 10-PP-203, "Porsche" 10-YY-203, "Niva" 10-OO-203 dövlət nömrə nişanlarını 20 min AZN-ə satışını həyata keçirib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbər rəisi, polkovnik Kamran Əliyev bildirdi ki, qeyd olunan hər üç dövlət nömrə nişanı 2017-2018-ci illərdə nəqliyyat vasitələri başqa şəxslərin adına keçdiyi üçün DYP-yə təhvil verilib. Bu günə qədər həmin nömrələr heç kimə verilməyib.

DYP bildirir ki, bu cür informasiyaların heç bir əsası yoxdur: "Bir daha qeyd edirəm ki, dövlət nömrə nişanları yalnız DYP tərəfindən dövlət rüsumları ödəniıdikdən sonra satıla bilər. Kiminsə nömrə satması və ya şişirdilmiş qiymətlər göstərməsi düzgün deyil. Belə elanlara və ya məlumatlara inanmayın".Avtosfer