USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əhalinin kreditləşmə səviyyəsi son beş ilin ən aşağı səviyyəsindədir

21.05.2020 İqtisadiyyat
0 0
Mart ayı ərzində Rusiyada rekord səviyyəyə yüksələn əhalinin kreditləşməsi (926 milyard rubl) aprel ayında ölkədə koronavirus pandemiyasının sürətlə yayılması səbəbindən 2015-ci ildən bu yana qeydə alınan ən aşağı səviyyəsinə enib. Belə ki, aprel ayında maliyyə qurumları tərəfindən əhaliyə verilən kreditlərin ümumi həcmi iki dəfədən çox azalaraq 439 milyard rubla geriləyib. Ötən ilin aprel ayı ilə müqayisədə bu göstərici 45% aşağıdır. Bu barədə məlumatı, araşdırma və nəzarət şirkəti “Frank RG” hesabatında əks etdirib.

Pandemiyanın ən böyük mənfi təsirləri isə avtomobil kreditlərində müşahidə olunub. Belə ki, aprel ayı ərzində verilən avtomobil kreditləri mart ayına nisbətdə 81.6%, ötən ilin aprel ayı ilə müqayisədə isə 79% azalaraq 13.5 milyard rubl səviyyəsində qərarlaşıb. Mart ayına nəzərən nağd pul kreditləri 58.5%, POS kreditləri 66%, ipoteka kreditləri isə 37% azalıb.

İzolyasiya tədbirləri ilə əlaqədar, ölkənin ən böyük bankı "Sberbank"ın əhaliyə verdiyi kreditlərin ümumi həcmi azalaraq 166 milyard rubl olub. Bu isə, mart ayına nəzərən 47% azalmanın göstəricisidir. Bankın prezidenti German Qref mətbuata açıqlamasında kreditləşmənin geriləməsini əhalinin istehlak səviyyəsinin enməsi və nəticədə kreditlərə tələbin azalması ilə əlaqələndirib. O həmçinin bildirib ki, kreditlərə tələbatın artım tempini payızda, sentyabr ayında müşahidə edə biləcəyik.