USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlham Əliyev iki icra başçısı təyin etdi

21.05.2020 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev iki yeni icra başçısı təyin edib.

"Kommersant.az" xəbər verir ki, dövlət başçısı Seymur Vaqif oğlu Orucovun Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin başqa bir sərəncamı ilə Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Elçin Rzayev bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib.

  • Əvvəlki

    Ağstafa rayonuna yeni təyin olunan icra başçısı KİMDİR? - DOSYE

Digər xəbərlər