Almaniyanın hava yolu şirkəti Lufthansa-nın davam etdirdiyi xilasetmə paketinə dair danışıqların ardından, şirkətin ən böyük səhmdarı dövlət olacaq. Dövlətin şirkətdə 25% paya malik olacağı gözlənilir.
Lufthansa AG milyardlarla avroluq xilasetmə paketinə nail olmağa yaxındır və şirkətin ən böyük səhmdarı dövlət olacaq.
Koronavirusun hava yolu səyahətlərini dayandırması aviaşirkətlərin çökməsinə səbəb olub.
Lufthansa-nın yaydığı açıqlamada, hava yolu şirkətinin 9 milyard avroluq (9.9 milyard dollar) kömək üçün Almaniyanın WSF İqtisadi Sabitlləşdirmə Fondu ilə danışıqlar apardığı təsdiqlənib. Paket 3 milyard avroluq bir krediti ehtiva edəcək və WSF şirkətdə 20% pay alacaq.
Həmçinin hökumət şirkətin artırılmış sərmayəsinin 5%-nə sahib olacaq. Almaniya qanunlarına görə, 25% paya malik olmaq illik ümumi yığıncaqlarında qərar qəbul edilməsinə mane olmaq və etiraz hüququ verir.