USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rayonlara getmək istəyənlərin - DİQQƏTİNƏ

03.06.2020 İqtisadiyyat
0 0
Şəhərlərarası müntəzəm sərnişindaşıma yenidən bərpa edilə bilər. Ancaq bunun üçün yeni qaydalar müəyyən edilib.

"Kommersant.az" xəbər verir ki, şəhərlərarası müntəzəm marşrut avtobusları yeni qaydalarla fəaliyyət göstərəcək.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti TƏBİB-in tövsiyələrinə əsasən, avtobusları hazır vəziyyətə gətirib.

Nazirlər Kabineti yanında Operativ Qərargah rayonlararası müntəzəm sərnişindaşımaya qoyduğu məhdudiyyəti ləğv edəcəyi halda avtobuslar yenidən fəaliyyətə başlayacaq. Lakin avtobuslar tam dolu şəkildə səfərə çıxmayacaq.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova "Xezerxeber.az"a bildirib ki, avtobuslarda fasilə zamanı təmizlik işləri aparılacaq. Bununla yanaşı, maskasız heç bir sərnişin avtobusa buraxılmayacaq.

Nuridə Allahyarova əlavə edib ki, qiymət artımının olmamasına da xüsusi nəzarət olunacaq.

  • Əvvəlki

    Bu yerlərdə maskadan istifadə edilməlidir - SİYAHI

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0