Dövlət istiqrazlarına təlabat təklifi 3,5 dəfə üstələdi

12.06.2018
İqtisadiyyat
0
0
12 iyun 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105010695 ISIN-li, 30 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 13 investor tərəfindən qiyməti intervalı 96.4540 AZN (10.0000%) və 100.1817 AZN (7.9000%) olan 29 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.0978 AZN (8.5000%), orta ölçülmüş qiyməti 99.2710 AZN (8.4035%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 104 482 000,00 AZN, yerləşdirilmiş həcmi isə 30 mln manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 09 iyun 2020-ci il.
Hərrac iştirakçıları 13 iyun 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Digər xəbərlər

08.05.2025
İqtisadiyyat
Moody's xəbərdarlığı: Şəxsi kredit fondlarına artan tələb sistemli risk yarada bilər
0
0

07.05.2025
İqtisadiyyat
Alman avtomobil nəhəngi BMW-nin mənfəəti birinci rübdə Çinin təsiri ilə azalıb
0
0