USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rövnəq Abdullayev: “TANAP Türkiyə və Azərbaycanın iqtisadi inkişafını sürətləndirəcək”

12.06.2018 İqtisadiyyat
0 0
Əminəm ki, Trans Anadolu Boru Kəməri (TANAP) TANAP Türkiyə və Azərbaycanın iqtisadi inkişafını daha da sürətləndirəcək.

"Kommersant" “Report” a istinadən xəbər verir ki, bunu Eskişəhərin Seyidqazi ərazisində (Türkiyə) TANAP-ın birinci hissəsinin açılış mərasimində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

SOCAR prezidenti və TANAP İdarə Heyətinin sədri Rövnəq Abdullayev TANAP-ın Azərbaycan və Türkiyə arasında tarixi dostluq və qardaşlıq əlaqələrini daha da gücləndirdiyini vurğulayıb: “Türkiyəyə və qardaş ölkənin iqtisadiyyatına həmişə etibar etmişik. Bu gün açılışını həyata keçirdiyimiz TANAP bu güvənin arxasında dayanan dostluq vəəməkdaşlığımızın mühüm bir təzahürü kimi fəaliyyətə başlayır. Əminəm ki, TANAP Türkiyə və Azərbaycanın iqtisadi inkişafını daha da sürətləndirəcək və hər iki ölkənin enerji təhlükəsizliyinə böyük töhfə verəcək. Azərbaycan qazının birbaşa Avropa bazarlarına nəqli Türkiyənin geostrateji mövqeyini gücləndirəcək və ölkəni mühüm enerji mərkəzinə çevirəcək. Bu münasibətlə Türkiyə və Azərbaycan rəsmilərinə, layihənin inşasında səylə çalışan bütün əməkdaşlarımıza xüsusi təşəkkürümü bildirirəm”.

  • Əvvəlki

    Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0