USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda koronavirusa daha çox qadınlar yoluxur

10.06.2020 İqtisadiyyat
0 0
"2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında səhiyyə sistemi və vətəndaşlar birlikdə çalışmasa, çox ciddi fəsadlar olar".

"Kommersant.az"-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, yoluxma 50-59 yaş arasında 21 faiz, 30-39 yaş arasında 18 faiz, 40-49 yaş arasında 15 faizdir: "Artıq gənc yaşlarında xəstəliyi ağır keçənlər artır. Bunlar arasında həkimlər də var. Gənc yaşlarında xəstəliyi ağır keçirmə xüsusən evdə müalicəyə cəhd zamanı baş verir".

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, qadınlar arasında yoluxma 54 faiz, kişilər arasında isə 46 faizdir: "Ölkədə kütləvi yoluxmalar əsasən ictimai nəqliyyat, market, kafe və restoranlarda məsafənin qorunmamasından irəli gəlir".

  • Əvvəlki

    Azərbaycanda holdinqə daxil olan 2 şirkət ləğv olunduğunu elan etdi

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0